Türkiyəli general Bəxtiyar Ersay Müdafiə Nazirliyində müşavir təyin olunub.
Lent.az xəbər verir ki, nazirliyin bugünki kollegiya iclasında general-polkovnik Bəxtiyar Ersay nazir, general-polkovnik Zakir Həsənovun müşaviri kimi təqdim edilib.
Qeyd edək ki, B. Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.