"Moyka"dan oğurlanan maşınla qəza törətdilər
08 fevral 2021 12:13 (UTC +04:00)

"Moyka"dan oğurlanan maşınla qəza törətdilər

Bakının Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobil qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə məlumat daxil olub. Bildirilir ki, hadisə fevralın 2-də saat 21 radələrində baş verib.

Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1140
avatar

Mehman Nəbiyev

Oxşar yazılar