Bakıda kişi meyiti tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda yerləşən “Motodram”da qeydə alınıb.
Tapılan meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Ağdam rayon sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Ramiz Bağırov olmaduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.