Rusiyanın “Aeroflot” şirkətinin təyyarəsində Dubay-Moskva reysi zamanı bir kişi səkkiz yaşlı uşağa təcavüz edib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, qeyd olunur ki, uşaq anası və qardaşı ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindən tətildən qayıdırmış. Qadın oğlunu tanımadığı kişinin yanına oturdub - özü də qabağa keçib başqa uşaqla oturub.
Uçuş zamanı naməlum şəxs oğlanı qorxudaraq əlini şalvarına qoyub. Artıq “Şeremetyevo” hava limanında pedofil uşağı israrla tualetə dəvət etməyə başlayıb, lakin o, qaça bilib.
Səhəri gün uşaq anasına hadisəni danışıb, o, polisə ərizə yazıb. Həmin şəxs axtarılır.