Güneyli yazıçı və tərcüməçi Tehranda həbs edilib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, kino və televiziya sahəsində fəaliyyət göstərən yazıçı və tərcüməçi Taymaz Əfsəri hökumət qüvvələri tərəfindən Tehranda həbs edilərək naməlum yerə aparılıb.
“Hengaw” hüquq müdafiə təşkilatına daxil olan məlumata görə, iyunun 18-də Tehranda yaşayan yazıçı və tərcüməçi repressiv hökumət qüvvələri tərəfindən evində həbs olunub.
Yazıçı “hökumətə qarşı şüar yazmaq”da ittiham olunub və ailəsinin verdiyi məlumata görə, repressiv qüvvələr tərəfindən döyülüb.
