MÖCÜZƏ:   Məktəbli qız 22-ci mərtəbədən düşdü, sağ qaldı
30 yanvar 2022 16:20 (UTC +04:00)

MÖCÜZƏ: Məktəbli qız 22-ci mərtəbədən düşdü, sağ qaldı

0

Moskvanın Zaqoryevskaya küçəsində məktəbli qız 22-ci mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb, indi həkimlər onun vəziyyətinə nəzarət edirlər.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hadisə yanvarın 29-da baş verib. 

Hadisənin səbəbi açıqlanmır, amma araşdırmalar davam edir.

Digər məlumata görə, qız eyvan vasitəsilə mənzilə keçməyə çalışıb, gücü çatmayan sinif yoldaşının əlindən çıxan qız yerə düşüb.

Son anda yayılan məlumatda isə 22-ci mərtəbədə pəncərədən yıxılan məktəbli qızın sərxoş olduğu bildirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3079

Oxşar yazılar