Göygöldə ağır yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 354-cü kilometrliyində baş verib. 60 yaşlı Şəmkir sakini Tağıyev Aqil Aslan oğlu idarə etdiyi "KaMAZ" markalı avtomobil Göygöl rayon sakini Salmanov Oruc İsmayıl oğlunun idarə etdiyi "Opel Vectra" markalı avtomobillə toqquşub.
Nəticədə minik maşınının sərnişini 8 yaşlı Salmanova Ləman Bayram qızı yerindəcə ölüb. Həmin avtomobildə olan 53 yaşlı Məhərrəməvoa Tamaşa Məhər qızı, 32 yaşlı Salmanova Səmiyyə Cəmil qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.