Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni yol kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21015" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü T.Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücün vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.