Minik avtomobili aşdı - 5 yaralı
10 dekabr 2021 00:29 (UTC +04:00)

Minik avtomobili aşdı - 5 yaralı

0

Hadisə  axşam saatlarında Şəkinin Bolludərə kənd inzibati  ərazisində qeydə alınıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, kənd sakini, 1951-ci il təvəllüdlü Füzuli Əhmədovun idarə etdiyi "VAZ-2103" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq  yolun kənarına  aşıb. Qəza nəticədə sürücü Füzuli Əhmədov, onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Nazikə Abuzər qızı Əhmədova,  qızı 1979-cu il təvəllüdlü Raziyə Əhmədova,  nəvəsi  2012-ci il təvəllüdlü Sənubər Səbuhi qızı  Əhmədova və 2002-ci il təvəllüdlü Zülfiyyə Fədail qızı Məhərrəmova aldıqları müxtəlif dərəcəli  bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  Yaralılardan F. Əhmədov və R. Əhmədovanın müalicəsi xəstəxananın reanimasiya, N. Əhmədovanın müalicəsi cərrahiyyə, S. Əhmədova və Z. Məhərrəmovanın müalicəsi isə təcili yardım şöbəsində aparılır. 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3005

Oxşar yazılar