Xüsusi hərbi əməliyyatın iştirakçısı olduğu üçün polisə gələn Tümen sakini xarici görünüşünə görə şöbəyə buraxılmayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Tümen sakini Lyubov R. qardaşının döyüş biletini bərpa etmək üçün polisə müraciət etmək istəyib. Qadın şöbəyə girmək istəyəndə onu saxlayıblar və paltarının çox qısa olduğu iddia edildiyi üçün girişdən içəri buraxılmayıb.
Məlumata görə, polis ona, “Biz səni təhqir etməmişik. Siz gecə klubuna gəlməmisiniz” deyib. Qadın isə cavabında polis əməkdaşları üçün tətbiq edilən geyimə əməl etməyə borclu olmadığını bildirib.
“Mən yetkin qadınam, 18 yaşlı qız anasıyam. Mən 20 ildir evliyəm. Ali təhsilliyəm və nüfuzlu şirkətdə işləyirəm. Düşünürəm ki, mənə belə rəftar edilməyə layiq deyiləm”, - deyə Lyubov R. qəzəblənib.
Tümen polisi qadının şikayət etdiyi idarənin əməkdaşlarına qarşı yoxlama apardıqlarını bildirib.