Mingəçevirdə qətl törədən saxlanıldı - YENİLƏNİB
30 sentyabr 2023 15:10 (UTC +04:00)

Mingəçevirdə qətl törədən saxlanıldı - YENİLƏNİB

Mingəçevirdə qətl törədən şəxsin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, S.Məmmədova kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 32 yaşlı İsrafilov Ceyhun Sahib oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***
29.09.2023

Saat: 23:15

Sentyabrın 29-u saat 20 radələrində 32 yaşlı  Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6591
avatar

Oxşar yazılar