Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza:  xəsarət alanlar var -YENİLƏNİB
18 oktyabr 2026 01:56 (UTC +04:00)

Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza: xəsarət alanlar var -YENİLƏNİB

0

Bakının Ziya Bünyadov prospektində 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, prospektdə hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman eyni markalı digər avtomobilin sürücüsü nasaz nəqliyyat vasitəsinin qarşısında dayanaraq ona kömək etmək istəyib.

Bu vaxt arxadan gələn “Opel” markalı avtomobil yolda dayanmış VAZ-2107-yə çırpılıb. Ardınca eyni istiqamətdə hərəkət edən BYD markalı avtomobil də “Opel”lə toqquşub.

Nəticədə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə zamanı iki sürücü xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Qəza səbəbindən prospektdə nəqliyyat sıxlığı yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzaya uğrayan avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.


***
01.46

Bakının Ziya Bünyadov prospektində 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil ona çırpılıb.

Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşub.

Hadisə nəticəsində iki sürücü xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Qəza səbəbindən prospektdə nəqliyyat sıxlığı yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar