Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
Lent.az xəbər verir ki, FHN əməkdaşları tərəfindən tapılan meyit təhvil verilib.
***
11:54
Mingəçevirdə kişi su kanalında batıb.
Lent.az xəbər verir ki, 39 yaşlı Bəxtiyar Akif oğlu Məmmədov ehtiyatsızlıqdan şəhərin ərazisindən keçən Qarabağ su kanalına yıxılıb.
Hazırda onun sudan çıxarılması istiqamətində tədbirlər görülür.
Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.