Mingəçevirdə AĞIR QƏZA:  Yolun kənarında oturan kişi öldü
04 may 2023 10:11 (UTC +04:00)

Mingəçevirdə AĞIR QƏZA: Yolun kənarında oturan kişi öldü

0

Mingəçevirdə avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub. Daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2561

Oxşar yazılar