Minalanmış ərazilərə gedənlərə  MÜRACİƏT   - VİDEO
05 fevral 2021 12:41 (UTC +04:00)

Minalanmış ərazilərə gedənlərə MÜRACİƏT - VİDEO

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir. 

Lent.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti bununla əlaqədar maarifləndirici videoçarx hazırlayıb.

Qeyd edək ki, insanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların  həyatı üçün təhlükəli ola bilər.

Baş Prokurorluğun videoçarxı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Mehman Nəbiyev

Oxşar yazılar