Mikroavtobus mağazaya girdi – 4 YARALI 
24 avqust 2022 21:21 (UTC +04:00)

Mikroavtobus mağazaya girdi – 4 YARALI 

0

Göygöldə 4 nəfərin  xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106” ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı  2 sərnişin və mağazada olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2369

Oxşar yazılar