Məzun şənliyində FACİƏ:  9-cu sinif şagirdi...
30 iyun 2023 11:36 (UTC +04:00)

Məzun şənliyində FACİƏ: 9-cu sinif şagirdi...

Yakutiyada 9-cu sinif şagirdi məzuniyyət şənliyi zamanı dünyasını dəyişib. 

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, məzunlar Yakutsk yaxınlığındakı eko-parkda məktəbin başa çatmasını qeyd ediblər.

Hadisə şahidləri bildirirlər ki, qızlardan biri hovuzda qəfil huşunu itirib. Valideynləri yeniyetməni xilas etməyə çalışıblar. O, qısa müddət ərzində özünə gəlib və sonra dünyasını dəyişib.

Ekopark rəhbərliyi məzunun insult keçirdiyini, hadisə yerinə gələn həkimlərin yanlarında reanimasiya aparatının olmadığını iddia edir.

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

Oxşar yazılar