"Meyvəli" bazarda meyvələr oğurlandı
08 iyun 2024 12:09 (UTC +04:00)

"Meyvəli" bazarda meyvələr oğurlandı

Bakıda bazarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik alçası, bir nəfərin mobil telefonu və 2 avtomobildən mobil telefonlar oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Seyran Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, hadisə "Meyvəli" bazarda qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Oxşar yazılar