Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, saxlanılan 32 yaşlı Afiyəddin Kərimov bir neçə sərnişinin mobil telefonunu, pulunu oğurluq və soyğunçuluq yolu talamaqda şübhəli bilinir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.
Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Afiyəddin Kərimov