Metro yaxınlığında yolu keçmək istəyən yaşlı kişini maşın vurdu
13 fevral 2023 05:47 (UTC +04:00)

Metro yaxınlığında yolu keçmək istəyən yaşlı kişini maşın vurdu

0

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Məmmədov Maqsud Fazil oğlu yolu keçərkən onu kiçiktutumlu yük maşını vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1815

Oxşar yazılar