Metro qarşısında qanunsuz toplanmaq cəhdinin QARŞISI ALINDI
11 dekabr 2021 16:24 (UTC +04:00)

Metro qarşısında qanunsuz toplanmaq cəhdinin QARŞISI ALINDI

0

Bu gün saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

Lent.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib.
O qeyd edib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmış və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan olmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2959

Oxşar yazılar