Məşhur sarayın yanında QƏZA : ölən var
20 oktyabr 2022 11:22 (UTC +04:00)

Məşhur sarayın yanında QƏZA: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə hava limanı yolunda, "Buta Palace" sarayının yaxınlığında baş verib. Qənbərov Nurlan Qabil oğlunun idarə etdiyi "Hyundai H65" markalı yük avtomobili Abbasov Zahir Camal oğlunun idarə etdiyi "Ford Transit" markalı avtomobilə çırpılıb. Nəticədə Z. Abbasov yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 2574
avatar

Mehman Nəbiyev

Oxşar yazılar