Sankt-Peterburqda məşhur rəssam Viktor Fesenko intihar edib.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, 81 yaşlı rəssamın cəsədini qızı Rıbatski prospektindəki binanın giriş qapısında aşkar edib.
Qeyd edilir ki, evin pəncərələrinin altında işıq dirəyindəki naqillər də qopub, mərhumun əzaları parçalanıb.
“Shot” teleqram kanalının məlumatına görə, mənzildə sənətçinin qızı, həmçinin dostları ilə vidalaşdığı və xərçəng xəstəliyindən yazdığı məktub qalıb.
Viktor Fesenko əsərləri ilə bir çox sərgilərdə, o cümlədən Moskvada, Arxangelskdə, Sıktıvkarda iştirak edib. 35 ildən çox Severodvinsk Dram Teatrında çalışaraq tamaşalar üçün dekorasiya yaradıb.