Məşhur milyonçu  arvadı və qızını öldürüb   intihar etdi - FOTO
21 aprel 2022 15:30 (UTC +04:00)

Məşhur milyonçu arvadı və qızını öldürüb intihar etdi - FOTO

Rusiyanın "Novatek" qaz şirkətinin keçmiş top meneceri Sergey Protosenya və ailə üzvləri İspaniyada ölü tapılıb.

Lent.az bildirir ki, bu barədə Rusiya mediası Kataloniya hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, aprelin 19-da Loret-de-Mardada üç nəfərin cəsədi tapılıb. Hüquq-mühafizə orqanları onların kimliyini açıqlamayıb. Bununla belə, “Catalunya Diari” qəzeti ölənlərin Sergey Protosenya, onun 53 yaşlı həyat yoldaşı və 15 yaşlı qızı olduğunu iddia edir.

Keçmiş top-menecerin 400 milyon avro sərvətə malik olduğu və adətən Fransada yaşadığı bildirilir. Ailə Pasxa bayramı üçün İspaniyaya gəlibmiş.

Qohumlarından biri polisə onlarla əlaqə kəsildiyi ilə bağlı xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları üç meyit tapıblar: ikisi otaqda, biri isə bağda olub.

İlkin versiyaya görə, 55 yaşlı Protosenya həyat yoldaşını və qızını balta və bıçaqla öldürüb, sonra özünü asıb. 

TASS-ın müxbiri Kataloniya hüquq-mühafizə orqanlarının mətbuat xidməti ilə əlaqə saxlasa da, onlar istintaqa istinad edərək ölənlərin adını çəkməkdən imtina ediblər. Onlar da hadisə ilə bağlı ilkin versiyanı nəzərdən keçirdiklərini təsdiqləyiblər.

Hadisə yerindən balta və bıçaq tapıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841
avatar

Oxşar yazılar