“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.
Bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib.
O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.
İ. İsmayılov barəsində aprelin 5-də Binəqədi Rayon Məhkməsinin qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.