Tailandda məşhur aşpaz sevgilisini "seks və pul üçün" öldürüb parçalamaqda ittiham edilərək həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, müstəntiqlərin məlumatına görə, ötən həftə Ko Panqnan adasında 29 yaşlı aşpaz və “YouTube” bloqçusu Daniel Sanço Bronçalo plastik cərrah işləyən 44 yaşlı sevgilisi Edvin Arrieta Arteaqanı döyərək öldürüb.
Sonra onun cəsədini parçalara ayıraraq çamadanda gizlədib və dənizə atıb. Jurnalistlərin sözlərinə görə, qatil kayakda üzərək bədən hissələrini müxtəlif yerlərə atıb.
Öldürülənin meyitinin qalıqları, xüsusən də budunun qalıqları avqustun 3-də zibillikdən yoldan keçənlər tərəfindən tapılıb. Araşdırmalardan sonra dalğıclar kəsilmiş baş və əlləri də aşkar ediblər.
Belə bir versiya var ki, Daniel və sevgilisi iyulun 31-də kurorta uçublar. Onlar tam ay görünməsi şənliyində iştirak etməli idilər. Lakin onların arasında “seks və pul” zəminində münaqişə başlayıb və nəticədə qətllə nəticələnib.
Avqustun 6-da Daniel və polis meyitin qalıqlarının tapıldığı çimərliyə gedib. İspaniya əsilli Daniel həbsdə saxlanılır. Polisin məlumatına görə, o, qəsdən adam öldürməkdə, ölümü və ya ölüm səbəbini ört-basdır etmək məqsədilə meyiti gizli şəkildə daşımaq və ya məhv etməkdə ittiham olunacaq.
Hüquq-mühafizə orqanları onu da müəyyən ediblər ki, aşpaz adadakı mağazalardan bıçaq, polietilen paketlər və təmizləyici maye alıb. Atası, məşhur ispan aktyoru Rodolfo Sanço oğluna yaxın olmaq üçün Tailanda səfər edib.