Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilir.
Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verir.
Vaqif Xaçatryan onlara cavab olaraq Meşəli hadisələrini törədənlərin Ermənistandan, xaricdən gələnlər olduğunu bildirib. Deyib ki, onlar Daşnaksütyun Partiyasının üzvləri idilər.
O bildirib ki, həmin hadisələrdə iştirak etməyib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçaturyanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərədn birinin də o olduğunu bildiriblər.
Vaqif Xaçaturyan deyib ki, Meşəli kəndinə hücum planı bir gün əvvəl Xankəndidə hazırlanıb, həmin dəstənin başçıları Xankəndindən olub, onların adlarını bilməyib: "Bizim kənddən iştirak edənləri tanıyıram. Amma o biriləri tanımıram".