“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü -FOTO
01 sentyabr 2025 14:55 (UTC +04:00)

“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü -FOTO

Paytaxtda azyaşlı təhlükə ilə üzləşib.

Lent.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən “Mərkəzi Park”da baş verib.

Ailə üzvlərinin dediyinə əsasən, 2 yaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilir. Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan azyaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.

İddiaya görə, kanalizasiya lükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar