"Mercedes"in vurduğu piyada yerindəcə öldü
19 mart 2021 15:36 (UTC +04:00)

"Mercedes"in vurduğu piyada yerindəcə öldü

Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı, 99 DS 224 dövlət nömrəli minik avtomobili rayonun Kərimli kənd sakini, 57 yaşlı Çingiz Abdurahman oğlu Tahirovu vurub.

Ç. Tahirov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1635
avatar

Oxşar yazılar