Bu gün saat 18 radələrində İsmayıllı rayonunun Namazgah kəndi ərazisində qəza baş verib.
Lent.az xəbər verir ki, hadisə nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 31 yaşlı Həsən Mirzəzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.