Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Saxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 13-də saat 6 radələrində rayonun Günəşli kəndi ərazisində Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən biri - N.Süleymanov hadisə yerində ölüb, digər iki sərnişin xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.