"Mercedes" aşdı, dəfnə gedənlər xəstəxanalıq oldular
10 dekabr 2022 15:27 (UTC +04:00)

"Mercedes" aşdı, dəfnə gedənlər xəstəxanalıq oldular

0

Şəkidə yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə Şəki rayonunun Qayabaşı kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə 4 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avtomobildə olanlar Mingəçevirdən Oğuz rayonuna dəfn mərasiminə gedirmişlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2376

Oxşar yazılar