Moskva hüquq-mühafizə orqanları martın 2-nə planlaşdırıldığı iddia edilən məktəblilərin kütləvi intiharının qarşısını almağa çalışır.
Lent.az bildirir ki, bu barədə mənbəyə istinadən SHOT Telegram kanalı məlumat yayıb.
Paytaxt məktəblərindən birinin şagirdi psixoloqa gözlənilən kütləvi intihar barədə danışıb. Onun sözlərinə görə, uşaqlar bir neçə gündür ki, fasilələrdə və onlayn çatlarda intiharı müzakirə edirlər.