Rusiyada məktəbli qız intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Moskva vilayətinin Podolsk şəhərində baş verib. 15 yaşlı qızın meyiti yaşadığı evin yaxınlığında tapılıb.
Məlum olub ki, hadisədən az əvvəl məktəbli valideynləri ilə stolüstü oyun oynayırmış. O, atasının etdiyi hərəkətlə razılaşmayaraq ona etiraz etməyə başlayıb, bundan sonra ata onu masadan qovub. Qız daha sonra özünü binadan atıb.
Faktla bağlı araşdırma aparılır.