Uqandada orta məktəb “İslam dövləti” terror təşkilatı ilə əlaqəsi olan silahlılar tərəfindən hücuma məruz qalıb.
Lent.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilir ki, bu hadisə nəticəsində 41 nəfər, o cümlədən 38 şagird, bir mühafizəçi və iki yerli ictimaiyyət nümayəndəsi də həlak olub, onlar məktəbin yaxınlığında öldürülüb.
Silahlıların sərhədi keçərək Konqoya apardıqları oğurlanmış insanların sayı hələlik məlum deyil.
Hücum edənlər odlu silahlardan və bıçaqdan istifadə edib və hücum zamanı yataqxananı yandırıblar.
Bütün bunların baş verdiyi məktəb Uqandanın Kasese rayonunda, Konqo sərhədindən cəmi iki kilometr aralıdadır.