Məktəbdə olan korrupsiyaya görə cinayət işi açıldı
01 fevral 2023 15:17 (UTC +04:00)

Məktəbdə olan korrupsiyaya görə cinayət işi açıldı

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əmək haqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanıb.
    
İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar