Mehriban Xanlarovanın keçmiş əri həbs edildi - Brilliantın bacısı oğlu...
06 oktyabr 2021 17:13 (UTC +04:00)

Mehriban Xanlarovanın keçmiş əri həbs edildi - Brilliantın bacısı oğlu...

Bu gün həbs xəbəri yayılan Zaur Mahmudovla bağlı yeni faktlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, həbs edilən Zaur Mahmudov əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşıdır. 

Hətta Z.Mahmudova görə müğənni Lalə Dadaşova gəlini, əməkdar artist M.Xanlarova ilə qalmaqal yaşayıb. L.Dadaşova mətbuata açıqlamasında demişdi ki, oğlunun M.Xanlarova ilə ailə qurmasına razı olmayıb. Onun açıqlamasından sonra isə aktirisa Lent.az-a bildirmişdi ki, onun ailəsinin dağılmasının səbəbkarı Lalə Dadaşova olub. 

Qeyd edək ki, Xalqa artisti Brilliant Dadaşovanın bacısı oğlu həbs edilib.

“Musavat.com”un yazdığına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham olunan Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.

Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14476

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29