Sumqayıtda yanğın baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin 9-cu məhəlləsində Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyi Sumqayıt şəhər şöbəsinin yerləşdiyi ərazidə qeydə alınıb. Ərazidə yerləşən köhnə anbarda yanğın qeydə alınıb.
Hadisə yerinə 4 texnika və yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.