Azərbaycanda insan alverində şübhəli bilinən qadınlara hökm oxunub.
Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən N.Səttarova və A.Kalimulina tutulub.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin hökmünə əsasən onlar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək N.Səttarova 8 il 1 ay, A.Kalimulina isə 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.