Məhbuslar Yeni ilə görə  üsyan qaldırdılar
29 dekabr 2023 14:18 (UTC +04:00)

Məhbuslar Yeni ilə görə üsyan qaldırdılar

Soçi şəhərindəki müvəqqəti saxlama təcridxanasından Armavir şəhərindəki İstintaq Təcridxanasına köçürülən məhbuslar iğtişaş törədiblər.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, dekabrın 28-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan 47 vətəndaşı başqa əraziyə köçürməli imşlər. Lakin 22 nəfər yeni ili doğma şəhəri olan Soçidə qeyd etməyə icazə verilməsini tələb edib.

İmtina cavabı aldıqdan sonra məhbuslar iğtişaşlara - qışqırmağa və barmaqlıqları döyməyə başlayıblar. Saxlanılan şəxslər kameralardan çıxarkən polislərə müqavimət göstərməyə də cəhd ediblər.

İğtişaş bir saat davam edib. Soçidəki müvəqqəti saxlama məntəqəsinə çevik qüvvələr gələndən sonra məhbusları sakitləşdirmək mümkün olub.

Bununla belə, həmin gün 47 məhbusdan yalnız 11 nəfəri Armavirə göndərilib. Soçidə qalanların isə dekabrın 30-da başqa şəhərə köçürülməsi planlaşdırılır.

Hazırda prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4179
avatar

Oxşar yazılar