Dekabrın 3-də Tümen vilayətindəki 2 saylı cəzaçəkmə müəssisəsində 20 yaşlı məhbusun meyiti tapılıb, ölümün ilkin səbəbi intihar olub.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, mərhum həbsxanada süpürgəçi işləyirmiş.
Digər məlumatda həmin həbsxanada bir həftə ərzində ikinci intihar hadisəsidir. Bundan əvvəl yeməkxanada işləyən məhbus da özünü öldürüb.
Tümen vilayətindəki məhbuslar dəfələrlə həbsxana rəhbərliyi tərəfindən zorakılıqla üzləşdiklərindən şikayət ediblər.