Məcburi köçkünlər yaşayan bina yandı
29 noyabr 2021 09:18 (UTC +04:00)

Məcburi köçkünlər yaşayan bina yandı

Ağcabədidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-averilən məlumata görə, rayonun Avşar kəndində ümumi sahəsi 480 m² olan kənd tibb məntəqəsi kimi fəaliyyət göstərən birmərtəbəli 21 otaqdan ibarət tikilinin dam örtüyü 200 m² sahədə, 1 otağının (məcburi köçkün məskunlaşıb) yanar konstruksiyaları 20 m² sahədə və qismən 18 otağının yanar konstruksiyaları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1257
avatar

Mehman Nəbiyev

Oxşar yazılar