Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində küçədə bıçaq yarası almış huşsuz vəziyyətdə bir nəfər şəxs aşkar edilib.
APA xəbər verir ki, hadisə qəsəbənin Albalılıq yaşayış massivində qeydə alınıb.
Ərazidə xidmət aparan Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən yaralı 1989-cu il təvəllüdlü Süleymanov Zülfüqar Rasim oğlunu 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Ona döş qəfəsinin bir neçə kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Hazırda Sabunçu Rayon Polis İdarəsi faktı araşdırır.