11 may 2021 00:18 (UTC +04:00)

Maşının vurduğu heyvan piyadaya xəsarət yetirdi: gözlənilməz an...  - FOTO

 

Lənkəranda 72 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Cil kəndində qeydə alınıb. 

1985-ci il təvəllüdlü İlqar Fəzli oğlu Şahbazov idarə etdiyi 42-BL-428 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobillə iribuynuzlu heyvanı vurub. Həmin heyvan zərbənin təsirindən yolun kənarındakı 1949-cu il təvəllüdlü Qabil Babayevə dəyib və onu yerə yıxaraq ciddi xəsarət almasına səbəb olub. Nəticədə piyada qapalı kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, sürücü və xəsarət alan piyada rayonun Cil kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.
 

Tural Kərimov

# 996
avatar

Oxşar yazılar