Maşından 32 kilodan çox narkotik tapıldı
19 yanvar 2021 10:37 (UTC +04:00)

Maşından 32 kilodan çox narkotik tapıldı

Cəlilabadda 32 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Ocaqlı kəndində keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakinləri Salman Hüseynzadə və Amil Şərbətov sonuncunun idarə etdiyi “Opel” markalı avtomobildə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şöbədə həmin avtomobilə keçirilən baxış zamanı arxa oturacağın üzərindəki ağ rəngli kisədən içərisindən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 25 kiloqram 285 qram narkotik vasitə heroin, 6 kiloqram 920 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1170
avatar

Mehman Nəbiyev

Oxşar yazılar