Maşın yaşlı kişini vurub ayaqlarını sındırdı
06 fevral 2021 19:52 (UTC +04:00)

Maşın yaşlı kişini vurub ayaqlarını sındırdı

Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında köhnə şəhər massivində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil yolu keçən 67 yaşlı Alim Məmmədovu vurub. Yaralı hər iki ayağının sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1374
avatar

Oxşar yazılar