Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı maşınının sürücüsü idarəetməni itirdiyindən maşın yol kənarında olan dəmirə çırpılıb. Hadisə nəticəsində 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.
İlkin xəbərə görə, qəzaya səbəb “KamAZ”-ın qarşısında digər avtomobilin qəflətən əyləci basaraq manevr etməsi olub.
Faktla bağlı araşdırma aparılır.