Masallıda ölümlə nəticələnən yanğın olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, rayonun Mollaoba kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə və qaraj kimi istifadə olunan 1-ci mərtəbəsində ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 55 yaşlı Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlarda təhqiqat aparılır.