Masallıda DƏHŞƏT : qısqanc ər arvadını qətlə yetirdi, intihara cəhd etdi
30 iyul 2023 19:38 (UTC +04:00)

Masallıda DƏHŞƏT: qısqanc ər arvadını qətlə yetirdi, intihara cəhd etdi

İyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4245
avatar

Oxşar yazılar