Masallıda avtomobil qəzası zamanı xəsarət alanların adları məlum oldu -YENİLƏNİB
18 dekabr 2021 00:45 (UTC +04:00)

Masallıda avtomobil qəzası zamanı xəsarət alanların adları məlum oldu -YENİLƏNİB

0

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Cəlilabad rayonunun Şükürlü kənd sakinləri - İsparova Xədicə Cəbrayıl qızı İsparova (2008), onun anası Zəminə Ağabala qızı İsparova (1972) və bibisi Xuraman İbi qızı Əliyeva (1979)  Cəlilabad MRX-na aparılıblar

Digər xəsarət alan 3 nəfər, Astara rayonu Pəlikeş kənd sakinləri - Məcid Arzu oğlu Rükiyev (1991), Sayaddin Həkim oğlu Rəhimov (1986) və Əfqan Mirbaba oğlu Rükiyev (1975) isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

***

23.47

Masallıda rayonunda ağır qəza baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəza Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 79-cu km-də, Masallı rayonunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. 
Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran və Cəlilabad Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3001

Oxşar yazılar